“Mangal”-da beynəlxalq qida təhlükəsizliyi sistemi qurulur.

“Mangal”-da beynəlxalq qida təhlükəsizliyi sistemi qurulur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Mangal Steak House Bayıl” restoranında beynəlxalq HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi üzrə məsləhət xidmətləri həyata keçirib.
İnstitutun mütəxəssisləri restoranın fəaliyyətinin mövcud qanunvericiliyə uyğunluğunu yoxlayıb, daxili prosesləri hərtərəfli qiymətləndirməklə yanaşı, burada HACCP sisteminin qurulması üçün müvafiq tövsiyələr veriblər.
"Mangal Steak House Bayıl" restoranının direktoru Elşən Qayıtmazov ictimai iaşə müəssisəsindən məlumat verərkən qeyd edib: “Qida təhlükəsizliyi və keyfiyyət bizim üçün əsas prioritetdir. Hər bir qonağımızın rahat və etibarlı şəkildə dadlı yeməklərdən zövq alması üçün bütün fəaliyyətimizi beynəlxalq standartlara uyğun qururuq”.
Xatırladaq ki, AQTİ tərəfindən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində, ilk dəfə olaraq, 5 ulduz sertifikatı da “Mangal Steak House Bayıl” restoranına verilib. Bundan başqa restoranın fəaliyyəti beynəlxalq Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartına uyğunluğu nümayiş etdirən ISO 22000:2018 sertifikatına da layiq görülüb.

Xəbəri paylaş

Digər xəbərlər

22-04-2026

“Azman Holding” şirkətinin əməkdaşı Ramil Məmmədli beynəlxalq Arnica Art Land Çalıştay simpoziumunda iştirak etmişdir

“Azman Holding” şirkətinin əməkdaşı — marketinq şöbəsinin qrafik dizayneri Ramil Məmmədli — hər...

Daha çox
12-04-2026

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu  Aprelin 12-də "Sea Bree...

Daha çox