“Royal Windsor Horse Show 2024”ün şam yeməyi Azərbaycana həvalə olunubmuş...

Heydər Əliyev Fondu və Azərbaycan Atçılıq Federasiyasının təşkilati dəstəyi ilə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atçılıq üzrə beynəlxalq “Royal Windsor Horse Show 2024” baş tutub.

Tədbirdə ölkəmiz Atçılıq Federasiyası tərəfindən təmsil olunub və 4 gün ərzində Qarabağ atları, milli rəqs qrupunun çıxışları olub.

Bu il tədbir çərçivəsində həmçinin ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan pavilyonu yaradılıb. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanları, müxtəlif yerli brendlərə məxsus suvenirlər, yerli istehsal nümunələri təqdim olunub.

Gecədə növbəti dəfə Azərbaycandan “Mangal Zuğulba və Zuğulba saray” komandasına yarışın şam yeməyinin təşkili həvalə olunub.

Ziyafətə Kral 2-ci Çarlzın qardaşı şəhzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycandan Dövlət Sərxəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin, başqa mötəbər qonaqlar qatılıb. Gecədə komandaya “Manqal Zuğulba” və “Zuğulba saray” restoranlarının rəhbəri Namik Məmmədov və baş aşpaz Oktay Cəfərov başçılıq edib. Şəhzadə Edvard ziyafətdən çox razı qalıb və ölkəmizin təamlarının çox ləzzətli olduğunu söyləyib. Bu barədə səfirlik X səhifəsində də təşəkkür paylaşımı edib.

https://korrespondent.az/news/royal-windsor-horse-show-2024un-sam-yemeyi-azerbaycana-hevale-olunubmus/84608

https://qafqazinfo.az/news/detail/hemin-tedbirin-sam-yemeyi-azerbaycana-hevale-olunubmus-fotolar-436123

https://azvision.az/news/359521/news.html

Xəbəri paylaş

Digər xəbərlər

22-06-2026

“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub.

*“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub* “Azman Holdi...

Daha çox
18-05-2026

Royal Windsor Horse Show tədbirində Mangal Zugulba və Zugulba Saray komandası Azərbaycanı layiqincə təmsil etdi.

Ənənəvi olaraq bu il də Royal Windsor Horse Show tədbirində Mangal Zugulba və Zugulba Saray komandası Azərbaycanı layiqincə t...

Daha çox